21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrəvandan şok: KTMT Cənubi Qafqazdan gedir

24.11.2022

Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq, KTMT özü regionu tərk edir və biz bundan narahatıq.

"DM" xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan mediaya açıqlamasında deyib.

"Bizim partnyorlardan soruşmaq lazımdır ki, KTMT-nin Cənubi Qafqazı tərk etməsi qərarını veriblərmi? Əgər cavab "hə”dirsə, onda bunu ucadan deməlidirlər”, - o bildirib.

O, növbəti dəfə Azərbaycanın ünvanına böhtan yağdırıb və KTMT üzvü olan Ermənistanın ərazisində Azərbaycan Ordusunun dayandığını bildirib: "KTMT üzvləri bununla necə barışıb?”

Qeyd edək ki, Ermənistana dəfələrlə sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə başlamaq təklif edilib. Yalnız delimitasiyadan sonra hansı ərazilərin Ermənistana aid olub-olmadığı üzə çıxacaq.

Ermənistan isə delimitasiya və demarkasiya prosesini gecikdirməklə, iddia etdiyi torpaqları öz ərazisi adlandırır. Halbuki Ermənistanın 30 illik işğal zamanı sərhədlərini qabağa çəkərək, Azərbaycan ərazilərində yaşayış evləri tikdiyi, həmçinin Gorus-Qafan nümunəsində olduğu kimi, beynəlxalq əhəmiyyətli yolunu Azərbaycan ərazisindən keçirdiyi məlumdur.

Üstəlik, hazırda Ermənistanda Azərbaycana məxsus ən azı 8 kənd var, həmçinin bu kəndlərə birləşən sahələrin "otlaq sahələri” adı ilə 1986-87-ci illərdə Ermənistana icarəyə verilməsi də məlumdur. Faktiki olaraq Azərbaycan kəndlərini hələ də işğalda saxlayan Ermənistanın guya bir neçə kv.km ərazisində Azərbaycan Ordusunun dayandığını bildirməsi gülüncdür.