Çavuşoğlu finlandiyalı həmkarı ilə NATO-nun genişlənməsini müzakirə edib
24.11.2022
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Danışıq zamanı NATO-nun genişlənməsi, Ukraynada baş verən son hadisələr və taxıl sazişi müzakirə edilib.
Bundan əlavə, Nazir Çavuşoğlu finlandiyalı həmkarına Türkiyənin "Pençe-Kılıç” əməliyyatı çərçivəsində terrorla mübarizəsinin qətiyyətlə davam ediləcəyini vurğulayıb.