Paşinyan KTMT-nin 4 liderinə hörmətsizlik edib - Video
23.11.2022
Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin sammitində iştirak etmək üçün İrəvana gələn üzv ölkə liderlərinə qarşı qeyri-etik davranışa yol verib.
"DM" xəbər verir ki, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus liderləri Qasım-Jomart Tokayev, Sadır Japarov, İmaməli Rəhman və Aleksandr Lukaşenkonu hava limanında XİN-in rəhbəri də deyil, müavini qarşılayıb.
İrəvana ən sonuncu gələn (bir neçə dəqiqə öncə gəlib – red.) Rusiya lideri Vladimir Putini isə hava limanında, təyyarənin önündəcə Baş nazir Nikol Paşinyan qarşılayıb. N.Paşinyan eyni zamanda Vladimir Putinlə bərabər, Rusiya liderinin limuzininə oturub.
Qeyd edək ki, Ermənistanda qəbul edilən protokola əsasən, liderləri XİN rəhbərinin müavini qarşılayır. 2019-cu ildə Putin İrəvana səfər edərkən də onu Ermənistan XİN başçısının müavini qarşılamışdı.
Paşinyanın KTMT iclasına qatılan liderlərin heç birini yox, məhz Putini şəxsən qarşılaması Rusiya liderinə yarınmaqdan daha çox, digər liderlərə hörmətsizlikdir.