21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ səfirinin İrəvan çıxışı Zaxarovanı əsəbiləşdirdi

18.10.2018

ABŞ səfiri Ermənistanın daxili işinə qarışmamalıdır.
"Dövran Media" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. XİN sözçüsü Ermənistanda diplomatik missiyasını başa vuran amerikalı səfir Riçard Milsin çıxışından təəssüfləndiyini bildirib.
Zaxarova qeyd edib ki, diplomat sonradan sözlərinə düzəliş etməyə çalışıb, lakin artıq gec idi.
Qeyd edək ki, amerikalı səfir çıxışında bunları deyib: "Mən ABŞ hökumətinin və səfirliyinin Ermənistanda dəyişliklərə dəstək verdiyini düşünmək istəyirəm. Təşəkkür edirəm ki, son onilliklərdə korrupsiyaya qarşı mübarizə aparan səslərin, eləcə də bir qrup insanın və hökumət rəsmilərinin Ermənistanı ədalətli etmək yolunda səyləri dəstəklənmişdir”.
Bundan əlavə, xüsusi olaraq qeyd edək ki, Riçard Mills "İşğal edilmiş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün deyil” deyə açıq bəyan etmişdi.