Ərdoğan Bəşər Əsədlə görüşə biləcəyini açıqlayıb
23.11.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşmək ehtimalının olduğunu bildirib.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə o Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısından sonra jurnalistlərin suallarına cavab olaraq deyib.
Ərdoğan, "Əsədlə görüş ola bilər, siyasətdə küskünlük olmamalıdır. Sonda uyğun şərtlər daxilində addımlar atacağıq", - deyə əlavə edib.