Türkiyə, Rusiya və İran liderləri İSTANBULDA TOPLANIR
08.02.2018
Putin və Ərdoğan İstanbulda sammit keçirmək barədə razılığa gəliblər.
Dövran Media Vesti.ru-ya istinadən xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri
Suriyadakı vəziyyəti, terrorçuluqla mübarizə, eləcə də İran prezidenti Həsən
Ruhаninin iştirakı ilə üçtərəfli sammitin təşkili imkanlarını telefonla müzakirə
ediblər.
Söhbət üç prezidentin görüşü barədə gedirdi. Belə sammitin dəqiq tarixi hələlik
müəyyən edilməyib deyə bildirən Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun
sözlərini "SİTA" agentliyi də təsdiqləyib.
Bununla yanaşı onu da xəbər verir ki, Türkiyə mətbuatının məlumatına
görə, dövlət başçıları İstanbulda Türkiyə, Rusiya və İran arasında sammitin
keçirilməsi barədə razılığa gəliblər.
Söhbət zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçular ilə
mübarizə üçün hərbi və xüsusi xidmət fəaliyyət koordinasiyasını gücləndirmək
barədə razılığa gəliblər.
Türkiyə prezidenti həmçinin Vladimir Putinə Suriyada rursiyalı təyyarəçinin həlak
olması ilə əlaqədar başsağlığı verib.