21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putin İrəvandan Qərbə mesaj verəcək

23.11.2022

İlk olaraq onu qeyd etmək istəyirəm ki, KTMT böhran içindədir. Yəni onun əsas üzvü olan Rusiya Ukraynadakı müharibənin nəticəsində siyasi və müdafiə sahəsində böyük problemlərlə üzləşib. Təşkilatın sammitinin keçirilməsi Qərbə siyasi mesaj vermək üçün Rusiyanın özünə lazımdır.

Bu sözləri bu gün KTMT-nin İrəvanda keçiriləcək sammiti haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Rusiyanın hazırda Ermənistana kömək etmək üçün gücü yoxdur:

"Rusiyanın hazırda Ermənistana kömək etmək üçün nə imkanı, nə də istəyi var. Digər üzvlər də rəsmi İrəvana yardım məsələsində həvəsli deyillər. Baş verənlər Ermənistanın keçiriləcək toplantıdan nəsə gözləməyinin heç bir məna kəsb etmədiyini deməyə əsas verir. Fikrimcə, Paşinyan da müxalifətin əli ilə daha Rusiyaya yox, Qərbə bel bağladığı görüntüsünü vermək istəyir. Digər tərəfdən, Qərb də daim Rusiyanı ölkədən çıxarması üçün İrəvana təzyiq göstərir”.