AMEA-da Böyük Qayıdışla bağlı komissiya yaradılıb
23.11.2022
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı komissiya yaradılıb.
"DM” xəbər verir ki, bu barədə akademiyanın Rəyasət Heyəti qərar qəbul edib.
Qərarla Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək Tədbirlər Planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.
İ.Həbibbəyli bildirib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.