Qüdsdə teraktlar: yaralıların sayı 18-ə çatıb
23.11.2022
Qüdsdə iki ardıcıl partlayış baş verib.
"DM" xəbər verir ki, partlayışlar nəticəsində yaralıların sayı 18 nəfərə qalxıb. Şəhər merinin müavini Flyer Həsən-Nahum yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, birinci partlayış mərkəzi avtobus stansiyasının yanında, ikincisi isə yaxınlıqdakı avtobusda baş verib. Meriya hadisəni terakt adlandırıb.