AK Ukraynaya 2,5 milyard yardım ayıracaq
22.11.2022
Avropa Komissiyası Avropa Birliyi adından Ukraynaya 2,5 milyard avro məbləğində növbəti makromaliyyə yardımı tranşı ayıracaq.
"DM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis öz Tvitter səhifəsində məlumat yayıb.
"Bu gün 2,5 milyard avro məbləğində makromaliyyə yardımının növbəti tranşı həyata keçiriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın əvvəlində Dombrovskis Avropa Birliyinin Ukraynaya bu ay əvvəlcədən razılaşdırılmış 2,5 milyard avro, gələn ay isə daha 0,5 milyard avro makromaliyyə yardımı göstərmək niyyətində olduğunu bildirmişdi.