12 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Qərbi Azərbaycanda çoxlu yaralı var: dərman çatmır

22.11.2022

Qərbi Azərbaycan əyalətinin cənub şəhərlərində qan və dərman çatışmazlığı yaranıb.

"DM" xəbər verir ki, bu barədə İran insan haqları təşkilatları və sosial şəbəkə fəalları məlumat yayıb.

Məlumatda əyalətin Soyuqbulaq (Mahabad), Xana (Piranşəhr) və Bukan şəhərlərinin xəstəxanalarına çox sayda yaralı yerləşdirildiyi üçün serum, antibiotik və sarğı ləvazimatları qıtlığı yarandığı bildirilir.

Qeyd edək ki, son 34 gündə hökumət qüvvələrinin adı çəkilən şəhərlərdə etirazçılara qarşı odlu silahdan istifadə etməsi nəticəsində çox sayda insan ölüb və yaralanıb.