“Breyn-ring”-in qalibləri müəyyənləşib
18.10.2018
Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş paytaxt şagirdləri arasında "Breyn-ring” intellektual oyunu keçirilib.
BŞGİBİ-dən bildiriblər ki, tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.
Yarışda 11 komanda iştirak edib. Nəticələrə görə "Səbail” komandası bütün rəqiblərini qabaqlayıb. "Nərimanov” oyunu ikinci, "Nəsimi” isə üçüncü pillədə başa vurub.
Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.