21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaponiya hərbi gəmisi Sinqapur limanında

18.10.2018

Oktyabrın 18-də Yaponiya hərbi-dəniz qüvvələrinin helikopter daşıyan "Kaqa” gəmisi Cənub Çin dənizində uzunmüddətli patrul çəkmək üçün Sinqapurun hərbi limanına gəlib.
NHK telekanalı xəbər verir ki, səfərin məqsədi rayonda hərbi mövqelərini gücləndirən Çinə qarşı saxlayıcı tədbirlərinin görülməsidir. Bundan əlavə, Cənub-Çin dənizində hazırda patrul xidmətini həyata keçirən sualtı qayıqlar da həmin funksiyanı yerinə yetirirlər.
"Kaqa” gəmisinin komandiri, kontr-admiral Tatsuya Fukuda göyərtədə keçirilən mətbuat konfransında bildirib ki, yapon hərbi-dəniz qüvvələrinin regionda iştirakı Şərqi Asiyanı Yaxın Şərq və Avropa ilə birləşdirən dünyanın ən gərgin nəqliyyat dəhlizlərindən birində təhlükəsizliyin təmin olunmasıdır. "Biz Sakit və Hind okeanları regionunda azad və sabit dənizçiliyi təmin edirik”, - deyə kontr-admiral vurğulayıb.
"Kaqa” gəmisi cari ilin avqustundan Cənub Çin dənizi rayonundadır, Hindistan və Filippin hərbi-dəniz qüvvələri ilə birlikdə keçirilən təlimlərdə iştirak edib. Uzunluğu 248 metr, su tutumu 19,5 ton olan "Kaqa” gəmisi 14 ağır helikopteri və ya konvertoplanı daşımağa qadirdir. O, həmçinin qısa uçuş məsafəsinə və ya üfüqi uçuş qabiliyyətinə malik təyyarələri də qəbul edə bilər.