İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib
22.11.2022
İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib.
"DM" xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayişi deyib.
O bildirib ki, son etiraz aksiyalarında 40 əcnəbi iştirak edib və onlardan bəziləri hətta küçələrdə aktiv iştirakçı olublar
Setayişi Fransadan olan iki nəfərin casusluq ittihamı ilə həbs edildiyini və onlarla bağlı cinayət işinin davam etdirildiyini bildirib.