03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tramp ixtisara hazırlaşır

18.10.2018

ABŞ-da son altı ildə ən yüksək həddə çatmış büdcə kəsirini nəzərə alan Prezident Donald Tramp öz nazirlərini hökumət orqanlarının büdcəsini 5 faiz ixtisar etməyə çağırıb. 
Dövlət başçısı Ağ evdə kabinet üzvləri ilə keçirdiyi görüşdə deyib: " Mən istəyirəm ki, siz öz rəhbərlik etdiyiniz qurumların büdcəsini 5 faiz azaltmaq üzrə planı təqdim edəsiniz və düşünürəm ki, büdcəni bu rəqəmdən daha aşağı salmaqla bizi sevindirə bilərsiniz”. Prezident jurnalistlərə bildirib ki, büdcənin ixtisarı gələn il üçün nəzərdə tutulub.
ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi məlumata görə, hökumət 2018-ci maliyyə ilini 779 milyard dollar kəsirlə başa vurub. Bir çoxları hesab edirlər ki, kəsirin artması respublikaçıların təşəbbüsü ilə tətbiq olunan vergi azalması ilə əlaqəlidir.