30 01 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda çay şirkəti bağlanır

22.11.2022

"Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə şirkətin idarə heyətindən bildirilib.

Məlumata görə, yığıncaqda səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyasının (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, şirkət 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 070 manat, qanuni təmsilçisi isə Gülqayıt Hacıəli qızı Quliyevadır.