NATO hərbi xərclərini 350 milyard artırıb
21.11.2022
NATO 2014-cü illə müqayisədə ümumi hərbi xərclərini artırıb.
"DM" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"2022 müdafiə xərclərini artırdığımız səkkizinci il olacaq. 2014-cü ildən müdafiəyə xərclədiyimiz əlavə məbləğ ilin sonuna kimi 350 milyard dollara çatacaq”, - o bildirib.