21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Talış və Suqovuşanın tikintisinə başlanılır

21.11.2022

Yaxın zamanlarda Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin tikintisinə başlanılması planlaşdırılır.

"DM" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin müşaviri Şamxal Muxtarov Bakıda keçirilən "Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: "ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda 9 avtomobil və 2 dəmir yolunun tikintisi davam edir:

"Həmçinin, iki su elektrik stansiyasının, yeddi yarımstansiyanın, iki su anbarının tikintisi, eləcə də 280 kilometrlik fiberoptik xəttin çəkilməsi davam edir. Eyni zamanda, Ağdam şəhərinin və bir sıra kəndlərin baş planları artıq hazırlanıb. Bu plan çərçivəsində 3 736 yaşayış evinin, dörd məktəbin, iki mərkəzi tibb müəssisəsinin, dörd muzeyin və parkın tikilməsi gözlənilir. Əlbəttə, bu rəqəmlər yekun deyil. Onu da qeyd edim ki, 2025-ci ilədək Kəngərli, Xıdırlı və Sarcalı kəndlərinin tikintisi nəzərdə tutulur", - deyə Ş.Muxtarov bildirib.