Bu ölkə Lukaşenkoya sanksiya tətbiq edib
21.11.2022
Yeni Zelandiya Rusiya və Belarusun 22 vətəndaşına, eləcə də neft-qaz və polad sektorunda fəaliyyət göstərən bir neçə müəssisəyə sanksiya tətbiq edib.
"DM" xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Mahuta məlumat yayıb.
Məlumata görə, sanksiyalara məruz qalanların arasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və uşaqları, eləcə də Belarus Prezidenti Aleksandr Lukaşenko da var.