Ruslar sazişə əməl etmədilər, biz də vurduq
21.11.2022
Ruslarla 2019-cu ildə Soçidə əldə etdiyimiz razılaşmamız var. Onlar bölgədəki terrorçuları təmizləməli idilər. Lakin dəfələrlə xatırlatmağımıza baxmayaraq, bunu etmədilər. Biz də bunlara qarşı səssiz qalmayacağımızı, oradakı terrorçulara qarşı addım atacağımızı söylədik.
"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Dünən də Kobanidəki 12 hədəfi vurmaqla terrorçuları zərərsizləşdirdik. Havadan və qurudan nə lazımdırsa, etdik. Bundan sonra da edəcəyik”, - Ərdoğan bildirib.
Qeyd edək ki, noyabrın 19-dan 20-nə keçən gecə Türkiyə ordusu Şimali İraq və Suriyanın şimalında hava əməliyyatı keçirib. Həmçinin Kobaniyə də zərbələr endirilib.