21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Casus həbs edildi - DTX-dan əməliyyat - FOTO

18.10.2018

Xarici ölkə vətəndaşı Hasanzada Bahram Nusrat oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq, dövlət sirrinin ələ keçirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının casusluğa cəlb edilməsi istiqamətində cinayət əməllərinə dair əldə edilən məlumatlar yoxlanılaraq təsdiqini tapmışdır.
Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bahram Hasanzada dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlanılmış, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276 (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Həmçinin müəyyən edilmişdir ki, xarici ölkə vətəndaşı Bahram Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı sair kəşfiyyat məlumatlarını toplamış, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan Respublikası vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil etmişdir.
Hazırda araşdırmalar davam edir./azxəbər/