Badamdarda son vəziyyət: Yeni çatlar var
18.10.2018
Badamdar sürüşmə zonasında vəziyyət gərgin olaraq qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib.
Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.