12 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

“İçərişəhər” yaxınlığında faciəvi hadisə: Tanınmış şəxsin oğlu ölüb - FOTO

21.11.2022

Bakıda sübh saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, saat 05:30 radələrində Səbail rayonu Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun "İçərişəhər” stansiyasının qarşısı) BMW markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Xəlil Əsədli idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı maneəyə çırpıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alıb və vəfat edib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil N.Mənsimliyə məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.

Vəfat edən 28 yaşlı N.Mənsimli tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də "İqlim” MMC şirkətinin rəhbəridir.