21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda silah-sursat istehsal edəcək müəssisələr müəyyən olunub

18.11.2022

Prezident İlham Əliyev "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 mart 2000-ci il tarixli fərmanda dəyişiklik edib.

"DM"-nın məlumatına görə, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda döyüş təyinatlı hərbi texnikanın, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı ilə dövlət müəssisələri və yaxud səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr məşğul ola bilər.