21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İlham Əliyev fərman imzalayıb

18.11.2022

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"DM" fərmanın mətnini təqdim edir:

1. "Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 176; 2001, № 10, maddə 640, № 11, maddə 707; 2002, № 9, maddə 555; 2003, № 10, maddə 568; 2004, № 12, maddə 1004; 2005, № 12, maddə 1104; 2007, № 11, maddə 1106; 2008, № 1, maddə 7; 2010, № 10, maddə 857; 2018, № 4, maddə 683) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasdan "hərbi silah və sursatların istehsalı və satışı,” sözləri çıxarılsın və həmin abzasda ", partlayıcı maddələrin və partlayıcı qurğuların” sözləri "maddələrin” sözü ilə əvəz edilsin;

1.2. ikinci abzas üçüncü abzas hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən həyata keçirilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.