İstanbuldakı terror aktının əsas fiqurlardan biri tutulub
18.11.2022
Türkiyənin İstanbul şəhərində baş verən terrorda əli olan daha bir şəxs tutulub.
Taksimdəki hadisənin törədilməsində əli olan Bilal Həsəni Ədirnədə qarşılayan və onun xaricə qaçmasına kömək edən Hüseyn Günəş də nəzarətə alınıb.
Həsəni vilayətdən çıxaran Ammar Jarkasın ifadəsi ilə Günəşin yeri məlum olub.
Ammar Jarkas ifadəsində onu da deyib ki, Kobanidəki Halil Mence zəng edərək Bilal və Ahlam Albaşiri aparmağı üçün onu yanına çağırıb.
Mənbə: Haber Global