Soylu: İstanbuldakı terrorun sifarişi Menbiçdən gəlib
18.11.2022
İstanbul və Mersindəki teraktların göstərişi Suriyanın Menbiç şəhərindən gəlib.
"DM" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
"Təlimatların gəldiyi yer eynidir, terrorçuların hamısı Menbiçdən gəlib. İstiqlal prospektindəki hücum PKK-nın əvvəllər həyata keçirdiyi mülki insanların qətliamlarındandır. Hücumun arxasındakı qurumları bir-bir deşifrə edirik. Qəndil, Zap, Avaşin-Basyan təmizlənənə qədər terrorla mübarizəni davam etdirəcəyik”, - Soylu bildirib