Paşinyan istintaqda dindirilib
18.11.2022
Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.
"DM" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, mayın 4-dən Ermənistanın bir qrup yüksək vəzifəli məmuru tərəfindən 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti ilə bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.