Ərdoğan beynəlxalq forumda iştirakdan imtina edib
18.11.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Qalifaks şəhərində keçirilən beynəlxalq təhlükəsizlik forumunda iştirakdan imtina edib.
"DM" xəbər verir ki, bu barədə "Politiko” nəşri məlumat yayıb.
Amerikalı senator Cin Şahinin sözlərinə görə, digər türk rəsmiləri kimi Ərdoğanın da forumda çıxışı nəzərdə tutulmuşdu.
Başqa bir amerikalı senator Cim Riş isə bildirib ki, Türkiyə lideri çox güman İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü gecikdirdiyinə görə ABŞ nümayəndələri tərəfindən tənqid olunmaq istəməyib.