İsveç prokurorluğu “Şimal axını” kəmərlərində diversiya faktını təsdiqləyib
18.11.2022
İsveç "Şimal Axını-1” və "Şimal Axını-2” qaz kəmərlərində baş vermiş partlayışlarda diversiya faktını təsdiqləyib.
"DM" xəbər verir ki, bu barədə İsveç prokurorluğu məlumat yayıb.
Prokurorluqdan bildirilib ki, araşdırma davam etdirilir.
Partlayış baş vermiş ərazidə tapılan yad cisimlər üzərində aparılmış ekspertiza nəticəsində partlayıcı maddələrin izləri aşkarlanıb.
"Baltik dənizində baş vermiş hadisə yerinə baxış keçirilib. Xeyli sayda maddi sübutlar toplanıb və ərazidə qeydə alınanların hamısı sənədləşdirilib. Hazırkı vaxta qədər aparılan ekspertiza onu göstərir ki, tapılan cisimlərin bir qismində partlayıcı maddə izləri var. Baş vermiş insidentlə bağlı daha əsaslandırılmış nəticələr elan etmək məqsədilə, ilkin analitik işlər davam etdirilir”, - araşdırmanı aparan prokuror Matsa Yunqkvist vurğulayıb.