İlham Əliyev özünə yeni köməkçi təyin edib
17.11.2022
Prezident İlham Əliyev Xalid Nurəddin oğlu Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, X.Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.