21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putin üçün dəhşətli proqnoz

17.11.2022

İstənilən təcrübəli kəşfiyyat analitikinə 2022-ci ilin martında deyilsəydi ki, 8 aydan sonra Ukrayna hələ də müstəqil dövlət olacaq, Ukrayna ordusunun hərəkətləri nəticəsində on minlərlə rus öldürüləcək və ya yaralanacaq, Qara dəniz Donanmasının flaqmanı ("Moskva” kreyseri – red.) dənizin dibində olacaq və Ukrayna Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri hələ də uçacaq, yəqin ki, güləcəkdi. Ukrayna qalib gəlir. Amma qarşıdan qış gəlir və Rusiya səfərbər olur. Gələn il üçün ən vacib və təhlükəli ssenarini nəzərdən keçirək.

"DM" xəbər verir ki, bu bunu "Ekonomist” nəşrinin redaktoru Şaşank Coşi deyib.

"2023-cü il. Ukrayna təşəbbüsü əlində saxlayır və hücumu ləngitmir, Rusiya qoşunlarına böyük ziyan vurur, sonra isə ilk dəfə olaraq Krım silsiləsində özünün uzaqmənzilli HİMARS raketlərini yerləşdirir.

Yazda Zelenski ordusuna Zaporojye vilayətində yeni cəbhə açmağı əmr edir. Beş briqada rus mövqelərini yarıb, yaya qədər Mariupolu mühasirəyə alır, Putinin Krımla quru əlaqəsini kəsir. Ukrayna Rusiya tərəfindən işğal olunmuş Krımdakı limanları, bazaları və anbarları hədəf alaraq HİMARS raket buraxılış sistemlərini cənuba yönəldir. Putin ultimatum verir: dayandırın, yoxsa sizə qarşı nüvə silahı tətbiq olunacaq. Qələbə göz qabağındadır. Amma bunun gətirdiyi risklər də var”, - ekspert bildirib.