Respublikaçılar Ukraynaya dəstəyi dayandırmayacaqlar
17.11.2022
Respublikaçılar ABŞ Nümayəndələr Palatasındakı səs çoxluğundan istifadə edərək, Ukraynaya yardım üçün ayrılan vəsaitlərin xərclənməsinə daha güclü nəzarəti təmin etmək niyyətindədirlər.
Onlar Kiyevə dəstəyi dayandırmağı planlaşdırmadıqlarını bildirirlər.
Respublikaçılar qeyd edirlər ki, yardım üçün şərtlər qoyacaqlar. Məsələn, yardım edəcəklər, amma istəyirlər ki, təkcə ABŞ yox, NATO üzvü olan tərəfdaşlar da bu yükü daşısınlar.
Mənbə: Reuters