21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qırğızıstan-Özbəkistan sərhədlərinin delimitasiya prosesi yekunlaşıb

17.11.2022

Qırğızıstan parlamenti bu gün Özbəkistanla sərhəddəki sonuncu mübahisəli ərazi ilə bağlı razılaşma layihəsini qəbul edib.

"DM" TASS-a istinadən xəbər verir ki, parlamentarilər iki ölkə XİN başçılarının noyabrın əvvəllərində Kempir-Abad su anbarı ilə bağlı razılaşmanı təsdiq edərək iki ölkə arasında delimitasiya və demarkasiya prosesinə yekun vurub.

Qərarın lehinə 90 deputatdan 60-ı səs verib, 19 deputat əleyhinə çıxıb.

Sərhədlə bağlı sənəd Qırğızıstan və Özbəkistan prezidentləri Sadır Japarov və Şavkat Mirziyoyevin imzasından sonra qüvvəyə minəcək.