“Hökumət buludu”na keçəcək qurumların sayı artıb
17.11.2022
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin informasiya ehtiyatları mərhələli şəkildə "Hökumət buludu”na keçəcək.
"DM"-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Bununla da informasiya sistemləri və ehtiyatları "Hökumət buludu”na mərhələli keçəcək qurumların sayı 93-ə çatıb.