Sumqayıtda olay: Narkotik çəkib məhkəməyə gəlib - VİDEO
17.11.2022
Sumqayıtda kişi narkotik qəbul etdikdən sonra məhkəməyə gəlib.
"DM"-nın əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib. Sumqayıt Şəhər Məhkəmə Kompleksinə gələn şəxsin özündə olmadığını əks etdirən videogörüntülər yayılıb.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Məhkəmə Kompleksindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülərdəki şəxsin bu gün səhər saatlarında məhkəmə prosesi keçirilməli idi:
"Lakin vətəndaş məhkəmə prosesinə gecikib və iştirak etməyib. Daha sonra o, Sumqayıt Şəhər Məhkəmə Kompleksinə xoş olmayan vəziyyətdə gəlib. Şəxs narkotik maddə istifadəçisidir, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkəmə prosesi olmalıydı. İlkin ehtimallara görə, narkotik maddənin təsiri altında məhkəmə binasına daxil olub. Şəxslə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Ərazi üzrə polis əməkdaşları vətəndaşı bölməyə aparıblar. Faktla bağlı müvafiq tədbirlər görüləcək”.