Şolts: Ümid edirəm ki, Tramp məğlub olacaq
17.11.2022
Donald Tramp ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində məğlub olacaq.
"DM" xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
"İndi ümid etmək olar ki, son seçkilərdə olduğu kimi, populizmə qarşı seçim etmək də mümkün olacaq”, - Şolts qeyd edib.
O, həmçinin bildirib ki, hazırki ABŞ Prezidenti Co Bayden Avropa ilə ABŞ arasında münasibətlərə dəyər verən və transatlantik müttəfiqliyi gücləndirən ağıllı və təcrübəli siyasətçidir.