Rusların qərargahı vurulub: 100-dən çox ölü və yaralı var
17.11.2022
Ukrayna ordusu rus hərbçilərinin Melitopol şəhərindəki qərargahına zərbələr endirib.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
"Dəqiq məlumata əsasən, noyabrın 15-də hərbçilərimiz rus ordusunun Melitopoldakı qərargahını darmadağın ediblər. Bundan başqa ordumuzun Zaporojye vilayətinin Konskie Rozdorı, Vladovka və Blaqoveşenka yaşayış məntəqələri ərazilərində keçirdiyi əməliyyatlar nəticəsində iki silah-sursat anbarı, iki BM-21 Qrad qurğusu və bir S-300 zenit-raket kompleksi məhv edilib”, - məlumatda qeyd olunub.
Məlumata görə, 100-dən çox ölən və yaralanan var.