İstanbul terrorçusu təfərrüatı açıqlayıb
17.11.2022
Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında terror aktı törədən Əhlam əl-Bəşir əmri kod adı "Hacı” olan terroçudan alıb.
"DM" xəbər verir ki, o, bu barədə istintaqa ifadəsində deyib.
Qeyd edilir ki, terrorçu əl-Bəşir Türkiyə vaxti ilə saat 15.17-də Taksimə çatıb. Saat 15.30-da skamyada oturaraq 41 dəqiqə gözləyib. 16.11-də bombanı qoyub gedib. Üç dəqiqə sonra partlayış baş verib. Terrorçunun boynundakı qulaqcıq diqqət çəkib.
Əl-Bəşirin bu cihazla sifariş aldığı öyrənilib. Hətta o, ifadə zamanı tək olmadığını söyləyib.
"Mənim şəklimi təşkilat üzvü çəkib. Hacı camaatı görüb partlat dedi. Ayağa qalxdım, partlatdım!” – o bildirib.
Əl-Bəşir deyib ki, YPG terror təşkilatına 2017-ci ildə qoşulub.