Taxıl Sazişinin müddəti dörd ay uzadılıb
17.11.2022
Ukrayna İnfrastruktur Nazirliyi noyabrın 19-da müddəti başa çatacaq Qara dəniz Taxıl Sazişi ilə bağlı mühüm açıqlama verib.
Nazirlik İstanbulda imzalanan müqavilənin 120 gün müddətinə uzadıldığını açıqlayıb.
Müqavilə çərçivəsində indiyədək 11 milyon tondan çox taxıl daşınıb. Ötən günlərdə Rusiya müqaviləni qısa müddətə dayandırsa da, Türkiyənin təşəbbüsləri ilə taxıl daşınması bərpa olunub.
İyulun 22-də İstanbulda imzalanan müqavilənin müddəti noyabrın 19-da başa çatıb. Prezident Rəcəb Tayyib Ərdoğan G20-dən sonra verdiyi açıqlamada Türkiyəyə qayıdandan sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edərək müqavilənin müddətinin uzadılmasını müzakirə edəcəyini bildirib.
Mənbə: NTV