21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Komitə sədri: “Hökumət dərmanlarla bağlı proqram hazırlayır”

17.11.2022

"Azərbaycanda əhali arasında dərman vasitələri ilə bağlı böyük narahatlıqlar var”.

"DM"-nın məlumatına əsasən, bunu Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Azərbaycan hökuməti dərman vasitələri ilə bağlı yeni proqram hazırlayır.

"Ümid edirik ki, ölkədə dərmanlarla bağlı problemlər öz həllini tapacaq. Təklif edirəm ki, proqramın hazırlanmasında Milli Məclisin deputatları da iştirak etsinlər”, - deyə Ə.Əmiraslanov əlavə edib.