Rus kəşfiyyatına böyük zərbə vurulub – Mİ-5
17.11.2022
Ukraynadakı müharibə səbəbindən Rusiyanın xaricdəki kəşfiyyat şəbəkəsi tarixdə ən böyük zərbəsini alıb.
"DM" xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum deyib.
"Rusiyanın xaricdəki səfirliklərinin ümumilikdə 600-dən çox əməkdaşı qovulub. Onların da 400-nün casus olma ehtimalı var. Bu, tarixi ərzində rus kəşfiyyatına ən güclü strateji zərbəni vurdu”, - Makkallum bildirib.
Mİ-5 rəhbəri qeyd edib ki, təkcə Britaniyadan diplomatik çətir altında fəaliyyət göstərən 23 rus casusu qovulub. Hətta Rusiya qovulmuş casuslarını əvəz etmək istəyib, rəsmi London onlara viza verməkdən imtina edib.