Milli Məclisin iclası başlayıb
17.11.2022
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
"DM" xəbər verir ki, toplantıda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdiriləcək.
Büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.
İclasda hökumət üzvləri də iştirak edirlər.
Qeyd edək ki, Milli Məclisin noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclaslarının gündəliyinə ümumilikdə 19 məsələ daxil edilib. Ötən gün toplantının gündəliyinə daxil edilən Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul edilib. Digər 18 məsələnin müzakirəsi isə davam etdiriləcək.