21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

TƏBİB Xırdalanda partlayışda xəsarət alanların son durumunu AÇIQLAYIB

17.11.2022

Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park” Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin müalicələri Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində davam etdirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 22 yaşlı qadının (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, 1, 4 və 7 yaşlı uşaqların (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Xırdalanda yaşayış binasında partlayış baş verib. Hadisə zamanı 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb.