21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan müsəlman ölkələri üçün gözəl NÜMUNƏDİR

17.10.2018

Fransa Təhsil Nazirliyinin müşaviri: "Azərbaycan müsəlman ölkələri üçün gözəl nümunədir" 
"Dövran Media xəbər verir ki, bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Fransa Təhsil Nazirliyinin müşaviri, Mesopotamiya Assosiasiyasının prezidenti, akademik Alən Soyer bildirib.
Onun sözlərinə görə, XX əsrdə ölkələrin əksəriyyəti dünyəviləşdi, din dövlətdən ayrıldı: "Lakin proses bütün ölkələrdə eyni şəkildə həyata keçmədi. Bəzi müsəlman ölkələrində radikal qruplaşmaların meydana gəlməsinə və fəaliyyətinə səbəb olan əsas amil cəmiyyətdə din və dövlət arasında balanslı münasibətlərin qurula bilməməsidir. Bu da XX əsrdə bir sıra müsəlman dövlətlərinin yaşadıqları böhranın əsas səbəbidir".
Akademik deyib ki, Azərbaycan uzun illər SSRİ-nin tərkibində olub: "Sovet dönəmində də dinlər tamamilə qadağan edilmişdi. Ancaq unutmayaq ki, İran, İraq, Pakistan, Türkiyə və digər müsəlman ölkələrdə olduğu kimi, Azərbaycanda da min illərdir dinin özünəməxsus yeri olub. Bu gün bir sıra müsəlman ölkələrində nə din dövlət üzərində dominantlıq edir, nə də dövlət dini aradan qaldırmağa çalışır. Bu nadir ölkələr arasında Türkiyə və Azərbaycan da yer alıb. Azərbaycanda dövlət-din münasibətləri yaxşı prinsip əsasında qurulub, yüksək səviyyədə tənzimlənir, həll olunur. Bunun üçün nə Türkiyədə, nə də Azərbaycanda müharibələr, inqilablar baş verməyib. Buna yalnız sülh yolu ilə nail olunub. Azərbaycan müsəlman ölkələri üçün gözəl nümunədir. Türkiyənin və Azərbaycanın bugünkü inkişafı uğurlu siyasətin nəticəsidir. Bu gün Türkiyə beynəlxalq aləmdə sözünü deyə bilən, inkişaf edən ölkəyə çevrilib".
Müşavir qeyd edib ki, Tunisdə ultradünyəviliyin yaradılması bu ölkədə "Ərəb baharı"nın baş verməsinə səbəb olub: "Lakin xalq öz kökünə qayıtmaq istəyirdi. Tunisdən fərqli olaraq Mərakeşdə isə sultan dinə böyük hörmətlə yanaşırdı və bununla da ölkədə inqilabın baş verməsi üçün heç bir münbit şərait yaranmadı. Böyük Britaniya öz adət-ənənəsinə sadiq bir ölkədir. İngiltərə kraliçası öz vəzifələrini yerinə yetirməklə yanaşı, eyni zamanda kilsə üçün də məsuliyyət daşıyır. Uzun əsrlərdən bəri bu formada fəaliyyət göstərmiş cəmiyyəti yaşatmaları düzgün seçim idi. İdmançı irəliyə top atmaq üçün var gücünü toplayıb, geri çəkilib zərbəsini irəli atdığı kimi, biz də gələcəyə doğru irəliləmək üçün geriyə, öz kökümüzə, dinimizə qayıtmalıyıq. Bu gün radikal qruplaşmalar üzərində yalnız bu yolla qələbə qazanmaq mümkündür. Suriya, İraq və digər böhran yaşayan müsəlman ölkələri yalnız bu zaman sabitliyə nail olacaqlar".