İrəvan Qarabağ separatçılarına vəsaiti kəskin artırıb
16.11.2022
Ermənistan hökuməti dövlət büdcəsindən Qarabağdakı separatçılara ayıracağı vəsaiti açıqlayıb.
"DM" xəbər verir ki, 2023-cü il üçün İrəvanın separatçılara ayıracağı məbləğ 144 milyard dram (370 milyon dollar) təşkil edib.
Qeyd edək ki, Ermənistan separatçılara 2022-ci ildə də 144 milyard dram ayırıb. Sadəcə, ötən ilin kursu ilə bu, 288 milyon dollar edirdi. Hazırda dram dollar qarşısında kəskin bahalaşdığı üçün ayrılan vəsaitin məbləği 370 milyon dollar edir. Bu, builki vəsaitin də artmasına təsir göstərir. Yəni 2022-ci ilin sonu üçün Qarabağdakı separatçılara ayrılan vəsait dollar ekvivalentində daha çox olacaq.
Xatırladaq ki, bu, son məbləğ deyil. Belə ki, Ermənistan bu il üçün Qarabağdakı separatçılara əlavə olaraq 20 milyard dram vermişdi. 2023-cü il üçün isə əlavə olaraq 60 milyard dram verilə biləcəyi vurğulanıb.