Polşa Rusiyaya nota verib
16.11.2022
Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
"DM" xəbər verir ki, bu barədə Polşa XİN məlumat yayıb.
Qeyd edilir ki, Rusiyadan Polşa ərazisinə iki raketin düşməsi ilə əlaqədar rus diplomata etiraz notası təqdim edilib.
Xatırladaq ki, ötən gün Polşa ərazisinə düşən iki raket iki mülki şəxsin ölümünə səbəb olub.