Krımın baş nazirinin müavini HƏBS EDİLDİ
17.10.2018
Krımın Baş nazirinin müavini Vitali Naxlupin Moskvada həbs edilib.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Krımın Baş naziri Sergey Aksyonov deyib. Onun sözlərinə görə, hazırda bir sıra rəsmi şəxslərə qarşı istintaq başladılıb. O bu şəxslər arasında Krım Yol Təsərrüfatı Komitəsinin sədri, "Krımenerqo”, "Krımqazset”in rəhbərinin də olduğunu bildirib.