ABŞ İrana yeni sanksiyalar tətbiq edib
16.11.2022
ABŞ Maliyyə Nazirliyi İrandan Rusiya üçün PUA istehsal edən şirkətlərə və tədarükçülərə sanksiyalar tətbiq edib.
"DM" xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri məlumat yayıb.
"ABŞ Maliyyə Nazirliyi İranda PUA istehsalçısı olan "Şahid Aviation Industries Research Center”, Rusiyaya PUA göndərən şirkətlər, "Success Aviation Services FZC” və "Jet Global DMCC”-yə sanksiya tətbiq edib”, - məlumatda deyilib.