Ərdoğan Fransa prezidenti ilə görüşüb
15.11.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla görüşüb.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Prezidentlər G20-nin Balidə keçirilən sammiti çərçivəsində görüşüb.
Qeyd edək ki, Ərdoğan həmçinin Çin Xalq Respublikasının sədri Si Szinpinlə görüşdüyü də bildirilir.
Görüşlərin müzakirə mövzuları açıqlanmayıb.